Məndən ayrılıq istəmə!
Afiq Ağdami
Yanvar 24, 2008 12:42
Bu eşq yurdsuz quşa dönər,
Qəm, kədər yağar üstümə.
Ürək duymaz daşa dönər,
Məndən ayrılıq istəmə!
Ürəyini açma yada,
Sevgimizi atma oda.
Hardan çıxdı bu əlvida?
Məndən ayrılıq istəmə!
Bu nə arzu, bu nə istək?
Həsrət zalım, mən isə tək.
Ürəyinə mərhəmət ək,
Məndən ayrılıq istəmə!
Bir qulaq ver,məni dinlə,
Xəzan olar gedişinlə.
Biz ki, bir ürəyik sənlə,
Məndən ayrılıq istəmə!
Uyma fələyin əmrinə,
Xəyanət qatma ömrünə.
Əcəllə dost olsan, yenə,
Məndən ayrılıq istəmə!
Qəm, kədər yağar üstümə.
Ürək duymaz daşa dönər,
Məndən ayrılıq istəmə!
Ürəyini açma yada,
Sevgimizi atma oda.
Hardan çıxdı bu əlvida?
Məndən ayrılıq istəmə!
Bu nə arzu, bu nə istək?
Həsrət zalım, mən isə tək.
Ürəyinə mərhəmət ək,
Məndən ayrılıq istəmə!
Bir qulaq ver,məni dinlə,
Xəzan olar gedişinlə.
Biz ki, bir ürəyik sənlə,
Məndən ayrılıq istəmə!
Uyma fələyin əmrinə,
Xəyanət qatma ömrünə.
Əcəllə dost olsan, yenə,
Məndən ayrılıq istəmə!
Bölməsiz
Şərhlər(2)
Baxış sayı: 630
Yanvar 24, 2008 12:42

İstə məndən ürək istə
İyun 15, 2008 21:43Xoş arzu xoş dilək istə
Sevgimizə kömək istə
Məndən ayrılıq istəmə
Mənim ilə bir arzula
Göy arzula yer arzula
Hər gün bir şeir arzula
Məndən ayrılıq istəmə.